Cəmiyyət

Qərbi azərbaycanlıların qayıdışı bölgədə davamlı sülh quruculuğunun həlledici şərtidir

31 Yanvar 2023 18:11
Baxış: 2 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərbi Azərbaycan İcması özünün böyük hədəfinə doğru beynəlxalq miqyaslı təsir baxımından güclü  gediş etdi.Qurumun dünya ictimaiyyətinə müraciəti BMT katibliyi təfəfindən üç mühüm orqanın-Təhlükəsizlik Şurasının ,Baş Assambleyanın və İqtisadi - sosial Şuranın rəsmi sənədi kimi yayılıb.Sənədin BMT-nin bütün rəsmi dillərində yayılması İcmanın və onun başladığı mübarizənin ilk böyük və uğurlu beynəlxalq təqdimat addımı hesab edilə bilər.Məlumdur ki   ,İcmanın öz hədəfinə yetişməsinin vacib şərti onun nə dərəcədə beynəlmiləlləşdirilməsindən çox asılıdır.Ən azı ona görə ki, qərbi azərbaycanlıların tarixi vətənlərinə böyük qayıdışı məhz BMT -nin eqidası altında və onun tanıdığı təhlükəsizlik mexanizmlərinin zəmanəti ilə baş verməlidir. Prosesin humanitar və ləyaqət prinsiplərinə uyğun həyata keçirilməsinin başqa alternativləri sadəcə yoxdur .

Bu nöqteyi -nəzərdən sənədin müxtəlif dillərdə və üç qurumun adından yayılması prosesin beynəlmiləlləşdirilməsinə geniş imkanlar açır.

Daha vacib bir məqam ondan ibarətdir ki, sənədin yayılması tək qaçqınların hüquqlarının qorunması adı  altında baş vermir.Sənədin BMT qurumlarının gündəliyinin hansı bəndləri altında yayılmasına diqqət yetirsək ,Qayıdış prosesinin tam hüquqi və praktik mənzərəsini görə bilərik.

Belə ki ,sənəd silahlı münaqişələrin qarşısının alınması,sülh quruculuğu ,qaçqınların hüquqlarının qorunması,irqi ayrı-seçkiliyin aradan qaldırılması,insan hüquqlarının təşfiq olunması,soyqırımın,etnik təmizlənmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınması kimi mühüm bəndlərin altında yayılıb.  İcmanın müraciətinin bu bəndlər altında yayılması o deməkdir ki,  BMT Qərbi azərbaycanlıların öz vətənlərinə  ləyaqətli  qayıdışını bütün bölgəmizdə davamlı və pozulmaz sülhün həlledici şərti kimi qəbul edir.. Bunlar birlikdə olduqca təsirli istiqamətlərdi və son 100 ildə erməni daşnaklar tərəfindən öz tarixi vətənlərindən qovulmuş milyondan çox azərbaycanlının pozulmuş hüquqlarının tam çərçivəsini çəkməyə imkan verir.Sənədin göstərilən bəndlər altında yayılmasının nə demək olduğunu bir neçə konkret məqamın timsalında göstərmək olar. 

Silahlı münaqişənin qarşısının alınması bəndi altında yayılması o deməkdir ki, bu insanların həm  vaxtilə öz vətənlərindən qovulması  hərbiləşdirilmiş təzyiqlər altında baş verib, həm də onların öz yurdlarına sivil və təhkükəsiz formada qayıdışları hər cür yeni silahlı toqquşmaları istisna edən şərtlər daxilində baş verməlidir.Təkcə bu son mülahizə İcmanın Qayıdış Konsepsiyasında da nəzərdə turulduğu kimi Qayıdışın beynəlxalq və etimadlı təhlükəsizlik mexanizmləri altlnda aparılmasının vacibliyini bir daha təsdiqləyir və buna yol açır.

Sənədin sülh quruculuğu bəndi altında yayılması Qayıdışın  bölgəmizdə ümumi sülh və təhlükəsizlik perspektivi ilə əlaqələndirilməsi ilə bağlıdir.Anlamı odur ki, Qərbi azərbaycanlıların tatixi vətənə ləyaqətli qayıdışı baş  verməsə,  bolgədə sülhün hər vaxt ,hətta Azərbaycan -Ermənistan sazişinin bağlanmasından sonra da pozulmaq risqləri var.

Sənədin qaçqnların hüquqları bəndi altında yayılması bizim qaçqınlarımızla bağlı strategiyamızın əsas prinsipinə  tam uyğundur.Belə ki, bu bənd Qərbi azərbaycanlıların qaçqın statusu ilə beynəlxalq tanınmalarının başlanğıcı kimi qəbul edilməlidir ki, bu da bizə lazım olan hədəfin elə özüdür-Qərbi azərbaycanlılara beynəlxalq qaçqın statusunun verilməsi .
İrqi ayrı-seçkiliyin aradan qaldırılması,soyqırım,etnik təmizləmə,insanlığa qarşı cinayətlərin və irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi bəndlər isə  Qərbi azərbaycanlıların hansı cinayətkar təsirlərin və yanaşmaların altında öz vətənlərindən didərgin salındığını  təsdiqləyir,əslində bütün dünyaya nünayiş etdirir ki, milyondan çox azərbaycanlı könüllü şəkildə yox,məhz ayrı-seçkiliyin təsirləri altında yurdlarından qovulublar.
Sənədin yayımını müşayət edən ən əhəmiyyətli bəndlərin biri insan hüquqlarının təşfiq edilməsidir.

Bu bənd Qərbi azərbaycanlıların həm vətəndən qovulduqları vaxt bütün iqtisadi,siyasi sosial,insan hüquqlarının tam pozulduğunu ehtiva edir,həm də qayıdışın elə formada aparılmasını nəzərdə tutur ki, bu insanlar öz vətənlərinə sözün həqiqi mənasında təminatlı insanlar kimi qayıtsınlar,yəni evləri,əmlakları,toraqları, mal-mülkləri tam qaytarılsın və ya kompensasiya edilsin.
BMT-nin rəsmi sənədi kimi bu bəndlər altında  yayılmış müraciət başqa perspektivlərə də yol açır .

Məlumdur ki, Qərbi azərbaycanlıların Qayıdışı çoxpilləli və üzün prosesdir.Onun uğurlu həllinə ,yəni indiki Ermənistandakı ata-baba torpaqlarına beynəlxalq təhlükəsizlik mexanizmlərinin müdafiəsi altında qayıdış anlarına qədər bəzi məsələlərin beynəlxalq hüquqi müstəvidə qərarlaşması vacibdir.Məsələn ,Qərbi azərbaycanlıların təqdim olunmuş rəsmi adlı siyahısı  əsasında onlara "qaçqın " statusunun verilməsi əhəmiyyətli və mümkündür.

Yaxud ,müstəmləkə dövründə öz azadlığı və müstəqilliyi uğrunda vuruşan xalqlara BMT-nin " döyüşən xalqlar " statusu tanıması kimi praktika var idi.Məsələn ,Fələstin Azadlıq təşkilatı müəyyən bir dövr bu status altında fəaliyyət göstərdi və tanındı.Unutmayaq ki, Qərbi azərbaycanlılar öz tarixi torpaqlarında dövlət qurmaq kimi məqsəd qoymasalar da , öz insan hüquqlarından kütləvi məhrum edilmiş böyük toplumdur.İcmanın öz insan hüquqları uğrunda mübarizəsinin statuslaşdlrılması ,yəni  hüquqi terminlərə uyğun ad verilməsi  indi əsas vəzifəmiz olmalıdır.Yəni, özünün " İnsan hüquqları uğrunda mübarizə aparan toplum" olduqlarının tanıdılması çox vacibdir.

Aydın Quliyev,
"Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.