Siyasət

İranı vuran PUA-lar buradan qalxıb - Şok

31 Yanvar 2023 08:30
Baxış: 1 945

İstintaqın ilkin nəticələri İranın İsfahan şəhərindəki hərbi zavodun PUA-larla vurulmasında İsrailin əli olduğunu göstərir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

"İlkin əlamətlər İsrailin İsfahana hücumda iştirakına işarə edir, araşdırmalar davam etdiriləcək", - İranın nümayəndəsi telekanala bildirib.

O, həmçinin, hərbi obyektə hücum edən PUA-ların İranın öz ərazisindən buraxıldığını təsdiqləyib.

Xatırladaq ki, ötən gün İranın İsfahan şəhərində Müdafiə Nazirliyinin sursat istehsalı zavoduna PUA hücumu edilib. Nəticədə dəhşətli yanğın baş verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.