Siyasət

Rəisidən xüsusi göstəriş: Səfirliyə hücum...

28 Yanvar 2023 08:00
Baxış: 1 805

İran Prezidenti İbrahim Rəisi Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən silahlı hücumla bağlı məsələnin araşdırılması barədə xüsusi tapşırıq verib.

Bu barədə məlumatı İran Prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi açıqlayıb:

"Qardaş və qonşu ölkə Azərbaycanın səfirliyinə qarşı həyata keçirilən hücumla bağlı faciəvi hadisəni pisləyirik. Ayətullah Rəisi bu kədərli xəbəri alandan dərhal sonra bu işin hərtərəfli araşdırılmasına dair xüsusi göstəriş verib".

Cəmşidi bildirib ki, İran Prezidenti hadisə ilə bağlı Azərbaycan hökumətinə və xalqına başsağlığı verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.