Siyasət

Erməni diplomat sükan arxasında öldü

28 Yanvar 2023 07:55
Baxış: 788

Ermənistanın ABŞ-dakı səfirinin sabiq müavini Armen Xarazyan 56 yaşında ölüb.

Bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, o, maşın sürərkən qəflətən ölüb. Onun infarkt keçirdiyi bildirilir.

Hadisə 27 yanvarda, saat 20 radələrində İrəvanın mərkəzində baş verib. "Toyota Lənd Kruzer" yoldan çıxıb və park edilmiş avtomobilə çırpılıb.

Xarazyan son vaxtlar müstəqil analitik kimi çıxış edirmiş.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.