Siyasət

Mühafizəçi mane olmasaydı terrorçu səfirlikdə hamını güllələyəcəkdi - VİDEO

27 Yanvar 2023 13:06
Baxış: 3 109

Xəbər verdiyimiz kimi, Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, hücum anının videogörüntülərindən məlum olur ki, terrorçu səfirliyin bütün əməkdaşlarını öldürməyi planlayıb.

Səfirliyin mühafizəçisinin çevik müdaxiləsi nəticəsində böyük bir itkinin qarşısı alınıb.

Səfirliyin əməkdaşı hadisəylə bağlı danışarkən bildirib ki, terrorçunu arxadan tutub. Bu zaman terrorçu onu da öldürməyə çalışıb, hətta bir neçə atəş də açıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.