Siyasət

Qayıdış Konsepsiyası layihəsinin mətni üzərində redaktə işləri yekunlaşıb

25 Yanvar 2023 10:16
Baxış: 648

Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının layihəsi üzrə yekunlaşdırıcı müzakirələr keçirilib.

Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətindən Milli.Az-a verilən xəbərə görə, yanvarın 24-də İcmanın əsas orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş müzakirələr zamanı Konsepsiyanın layihəsi müzakirə edilib, mətn üzrə bir sıra əlavə və dəyişikliklər edilib.

Katiblik heyətinə Konsepsiya layihəsi üzərində redaktə işlərini tamamlamaq tapşırılıb.

İcmanın İdarə Heyətinin 25 yanvar 2023-cü il tarixli iclasında Qayıdış Konsepsiyasının layihəsinə baxılacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.