Siyasət

Bakıya görə Korotçenkoya hücum edildi

19 Yanvar 2023 07:23
Baxış: 1 625

Rusiyalı hərbi-siyasi ekspert İqor Korotçenko Feysbukda Azərbaycanla bağlı paylaşımından sonra ermənilərin kütləvi hücumuna məruz qalıb.

Bu barədə Korotçenko özünün Feysbuk səhifəsində yazıb.

"Dünən mağazadan Azərbaycanın nar şirəsini seçməyim, amma erməni məhsulunu almamağımla bağlı yazımdan sonra gözlənilmədən qeyri-adekvatlar və rusofoblar təkcə Ermənistanda deyil, bütün dünyadakı erməni diasporu hay-küy qaldırdı, məni faşizmdə ittiham edərək Feysbuk rəhbərliyinə yazımla bağlı kütləvi şikayətlər göndərməyə çağırdılar.

ABŞ və Fransadakı erməni diasporu fəallarının sayəsində edilən onminlərlə şikayətdən sonra hesabım bloklandı və qeyd olunan yazı "faşizm təbliğatı"na görə silindi.

Bununla belə, hörmətli oxucular, sizin reaksiyanız və göstərdiyiniz dəstəyiniz sayəsində Feysbuk mənim hesabımı blokdan çıxarmağa və yazımı yerinə qaytarmağa məcbur oldu.

Azərbaycanın nar şirəsini için!", - Korotçenko bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.