Rusiya ordusu Ukraynanın enerji sisteminə 6,8 milyard dollarlıq zərər vurub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə LİGA nəşri məlumat yayıb.
"Noyabr ayına qədər olan məlumata görə, təcavüzkar ölkə Ukraynanın enerji sisteminə 6,8 milyard dollarlıq zərər vurub", - deyə bildirilib.
Məlumata görə, dəyən zərərin miqdarı Ukraynanın bəzi vilayət büdcələrindən daha çoxdur.
"Dövlətin və xarici həmkarların yardımı olmadan enerji şəbəkəsini bərpa edə bilmərik", - deyə Nikolayev vilayətinin enerji strukturunun rəhbəri bildirib.
Milli.Az