Siyasət

“Dərviş Parisi partladır”a baxdım - Britaniya səfirindən maraqlı paylaşım - FOTO

8 Yanvar 2023 21:36
Baxış: 1 049

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld izlədiyi Azərbaycan filmləri haqqında təəssüratlarını bölüşüb.

Səfir bu barədə tviter səhifəsində yazıb.

O, Azərbaycan dilini yenidən öyrənməyə başladığını açıqlayıb.

"Bu həftə Azərbaycan dili dərslərimə yenidən başlamışam. Gələn ay C1 imtahanımı verməliyəm. Ev tapşırığı olaraq "Dərviş Parisi partladır"a baxdım. Ümid edirəm ki, danışanda çox da Monsieur Jordan kimi səslənmirəm! Ən çox sevdiyim Azərbaycan filmi 'Gün keçdi' filmidir. Bəs sizin?", - deyə səfirin atdığı tvitdə bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.