Siyasət

Şok: Rusiya yarım milyon əsgər səfərbər edir

7 Yanvar 2023 19:51
Baxış: 996

Rusiya 2022-ci ilin oktyabrında səfərbər edilən 300 min əsgərdən əlavə, yanvar-fevral aylarında daha 500 min nəfər səfərbər etməyi planlaşdırır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Baş İdarəsinin rəis müavini Vadim Skibitski deyib.

Skibitskinin sözlərinə görə, yeni səfərbər olunanlar yaz və yay aylarında Ukraynanın şərqində və cənubunda Rusiyanın bir sıra hücum əməliyyatlarında iştirak edəcəklər:

"Biz gözləyirik ki, onlar Donetsk və Xarkov vilayətlərində, o cümlədən, ola bilsin, Zaporojyedə də hücum əməliyyatları keçirəcəklər, Xerson və Krımda özlərini müdafiə edəcəklər. Bu, belə bir tapşırığı yerinə yetirmək üçün onlara lazım olacaq insanların sayıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.