Siyasət

İran Hüquq-Mühafizə Qüvvələrinə yeni baş komandan təyin olundu

7 Yanvar 2023 19:16
Baxış: 1 088

General Əhmədrza Radan İran Hüquq-Mühafizə Qüvvələrinin yeni baş komandanı təyin olunub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə İranın ali rəhbəri Seyid Əli Xameneinin tviter səhifəsində məlumat yayılıb.

O, bu postda briqada generalı Hüseyn Əştərini əvəzləyib.

Ali rəhbər yeni komandana polis təşkilatının imkanlarının təkmilləşdirilməsini, əməkdaşların ləyaqətinin qorunmasını və müxtəlif təhlükəsizlik sahələri üçün ixtisaslaşmış polislərin hazırlanmasını başlıca tövsiyə olaraq vurğulayıb. Xamenei qeyd edib ki, dövlətin müxtəlif qurumlarının hüquq-mühafizə orqanı ilə əməkdaşlıq etməsi gözlənilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.