Siyasət

Abramoviçin müharibədən az öncə şok əməliyyatı...

7 Yanvar 2023 19:04
Baxış: 731

Rusiyalı oliqarx Roman Abramoviç sanksiyaya məruz qalmazdan bir müddət əvvəl milyardlarla dollarlıq aktivlərini övladlarına ötürüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Quardian" qəzeti məlumat yayıb.

Sızdırılmış sənədlərdən aydın olur ki, Abramoviçin xeyrinə qurulmuş 10 gizli dəniz tresti 2022-ci ilin fevral ayının əvvəlində - Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasından üç həftə əvvəl - tez bir zamanda yenidən təşkil edilib.

Sanksiyalar üzrə ekspertlər qeyd edirlər ki, hazırda trestlərin kütləvi şəkildə yenidən təşkili rus oliqarxa qarşı sanksiyaların tətbiqini çətinləşdirə və polad maqnatına məxsus olduğu düşünülən aktivlərin dondurulması səylərini potensial olaraq poza bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.