Siyasət

Müdafiə naziri bu bazanın döyüş hazırlığını yoxladı, tapşırıqlar verdi - VİDEO - FOTO

4 Yanvar 2023 10:11
Baxış: 1 470

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının səfərbərlik təminat bazasında olub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, əvvəlcə nazirliyin rəhbərliyi təminat bazasının ərazisində ucaldılan Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad edib.

Müdafiə naziri bazanın silahlanmasında olan artilleriya vasitələrinə, döyüş və avtomobil texnikasına baxış keçirib, onların texniki vəziyyəti ilə maraqlanıb və heyətlərinin hazırlıq səviyyəsini yoxlayıb.

Silahlanmada olan silah və döyüş texnikasına təhlükəsizlik qaydalarına əməl edilməklə vaxtında texniki xidmətin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

Şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov yeni tədris dövründə ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə keçirilən toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin səmərəliliyinin artırılması ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.