Siyasət

Türkiyə ABŞ-dan müsbət qərar gözləyir

3 Yanvar 2023 08:38
Baxış: 991

Türkiyə ABŞ-a F-16 qırıcılarının satışı ilə bağlı müsbət qərara ümid edir. Əks halda, hərbi təyyarələrə olan ehtiyaclarını ödəmək üçün alternativ variantlara müraciət edə bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın "Kriter" jurnalının yanvar sayına müsahibəsində deyib.

"Biz ümid edirik ki, ABŞ Konqresində sazişin təsdiqi prosesi yanvarda başlayacaq. Bu, təkcə Türkiyənin deyil, ABŞ və NATO-nun da maraqlarına uyğundur. Əks halda, milli təhlükəsizlik çərçivəsində ehtiyaclarımızı qarşılamaq üçün lazımi addımları atmaq qabiliyyətimiz və qətiyyətimiz var", - deyə Kalın bildirib.

Ərdoğanın nümayəndəsi Türkiyə və ABŞ nümayəndə heyətlərinin 2022-ci ildə F-16 məsələsi ilə bağlı bir sıra texniki danışıqlar apardığını xatırladıb və onları konstruktiv adlandırıb. Bundan başqa, Kalın əlavə edib ki, ABŞ prezidenti Co Bayden bu məsələdə Ərdoğana şəxsi dəstək vəd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.