Siyasət

8 kənd Azərbaycana qaytarılmalıdır - Ceyhun Bayramov

27 Dekabr 2022 22:59
Baxış: 809

Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir.

Bu barədə dekabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında 30 ildir ki, sərhədlər müəyyənləşməyib. Çünki bu illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub.

"Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü, öz sərhədlərinə nəzarəti bərpa edib", - deyə o nazir əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.