Мolla! Sənmi, de, qırırsan fədailər nəslini?
İran adlı xalqlar zindanında, azadlıqlar məzarında artıq üçüncü aydır milyonlarla insanın etirazları davam edir.
Şərəf, ləyaqət və mənəviyyatın nə olduğunu bilməyən, əxlaq yoxsulu olan molla rejimi idarə etdiyi "İran İslam Respublikası" adlı dövlətdə həmin insanlara divan tutur.
Onlarla etirazçının məhkəməsi gedir, edamlar başlanıb.
23 yaşlı iranlı etirazçı, şərəfsiz molla rejiminin edam cəzasına məhkum etdiyi Məcidreza Rəhnavardın asılmazdan əvvəlki vəsiyyəti murdar teokratik hakimiyyətin zülmü altında yaşayan bir çox iranlı gəncin arzularını əks etdirib:
"Ağlamayın, məzarım üstündə dualar etməyin, Quran oxumayın. Şən olun. Əyləncəli musiqi səsləndirin".
Əzab, işgəncə, ağrı o həddə çatıb ki, ölümə addımlayan, asılacaq gənc qalanlara ruhdan düşməməyi, sonadək mübarizə apamağı vəsiyyət edir.

... Uşaqdım və indi haqq dünyasında olan atam günlərdən birində "Bu şeiri oxu, əzbərlə, Qağam yazıb" dedi.
Dədəmin verdiyi kitab Səməd Vurğunun şeirləri idi.
Dədəm Vurğuna "Qağa" deyərdi - qohum olmaqla bahəm, çox sevdiyi, şeirlərini əzbər bildiyi və şövqlə dediyi şairdi Səməd.
Şeirdəki kəlmələr indi yenidən təkrarlanır.
Çünki Tehrandakı molla rejimi yenə də doğma dilində təhsil, hüquq və haqq tələb edən soydaşlarımıza divan tutur.
Kitablar yandırılır, yeniyetmələr və gənclər tutulur, ən ağır işgəncələrə məruz qalır, sonra da edam edilir.
İndi də şovinist farslar soydaşlarımıza "türkəxər" deyir, 36 milyon azərbaycanlını görməzdən gəlməyə çalışırlar.
Fəqət molla rejimi yanılır.
Güney Azərbaycanın, Vətənimin haqq səsini çürük beyinlər, mənhus əxlaqlar, çirkin şüurlar susdura bilməyəcəklər.
Güney ayaqdadır və bükülməmiş dizlərindəki təpəri ilə mollakratiyanı viran edəcək.
İran İran olsun deyə...

... 1945-ci ildə Seyid Cəfər Pişəvərinin öndərliyində Cənubi Azərbaycanda qurulan demokratik hökumətin süqutundan sonra türk dili yasaqlanmış, şah əsgərləri, irticaçılar Azərbaycan mədəniyyətini, ədəbiyyatını, teatr sənətini dağıtmış, türkcə çap olunan kitabları yandırmışdılar. 1947-ci ildə bu mənzərəni dəhşətlə izləyən Səməd Vurğun "Yandırılan kitablar" şeirini qələmə almışdı:
Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar
Min kamalın şöhrətidir, min ürəyin arzusu...
Biz köçürük bu dünyadan, onlar qalır yadigar,
Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu.
Min kamalın şöhrətidir, min ürəyin arzusu...
Yandırdığın o kitablar alovlanır... Yaxşı bax!
O alovlar şölə çəkib şəfəq salır zülmətə...
Şairlərin nəcib ruhu məzarından qalxaraq,
Alqış deyir eşqi böyük, bir qəhrəman millətə;
O alovlar şölə çəkib şəfəq salır zülmətə...
Cəllad! Mənim dilimdədir bayatılar, qoşmalar,
De, onları heç duydumu sənin o daş ürəyin?
Hər gəraylı pərdəsində min ananın qəlbi var...
Hər şikəstəm övladıdır bir müqəddəs diləyin;
De, onları heç duydumu sənin o daş ürəyin?
Söylə, sənmi xor baxırsan mənim şeir dilimə?
Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli!
Sənmi "türkəxər" deyirsən ulusuma, elimə?
Dahilərə süd vermişdir Azərbaycan gözəli,
Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli!
Cəllad! Yanıb od olsa da, külə dönməz arzular,
Təbiətin ana qəlbi qul doğmamış insanı!
Hər ürəyin öz dünyası bir səadət arzular,
Qanlar ilə yazılmışdır hər azadlıq dastanı...
Təbiətin ana qəlbi qul doğmamış insanı!
Əzəl başdan düşmənimdir üzü murdar qaranlıq...
Hər torpağın öz eşqi var, hər millətin öz adı.
Kainata dəyişmərəm şöhrətimi bir anlıq,
Mənəm odlar ölkəsinin günəş donlu övladı!
Hər torpağın öz eşqi var, hər millətin öz adı!
Nədir o dar ağacları, de kimlərdir asılan?
Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?
Dayan!...Dayan! Oyaq gəzir hər ürəkdə bir aslan.
Boğazından yapışacaq onun qadir pəncəsi,
Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?
Cəllad! Sənmi, de, qırırsan fədailər nəslini?
Millətimin saf qanıdır, qurd kimi içdiyin qan!
Zaman gəlir...mən duyuram onun ayaq səsini;
Şəhidlərin qiyam ruhu yapışacaq yaxandan.
Millətimin saf qanıdır, qurd kimi içdiyin qan!...
Bir varaqla tarixləri, utan mənim qarşımda,
Anam Tomris kəsmədimi Keyxosrovun başını?
Koroğlunun, Səttarxanın çələngi var başımda.
Nəsillərim qoymayacaq daş üstündə daşını,
Anam Tomris kəsmədimi Keyxosrovun başını?
Sür atını, dördnala çap! Meydan sənindir...ancaq
Mən görürəm al geyinib gələn bahar fəslini...
Qoca Şərqin günəşidir yarandığım bu torpaq,
Mən yetirdim al bayraqlı inqilablar nəslini,
Mən görürəm al geyinib gələn bahar fəslini!
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
XƏBƏR LENTİ
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov





