Siyasət

Almaniya birtərəfli qaydada Ukraynaya tank verməyəcək

17 Dekabr 2022 23:42
Baxış: 1 235

Almaniya 2023-cü ildə birtərəfli qaydada Ukraynaya Qərb modeli tank verməyəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts "Süddeutsche Zeitung" qəzetinə müsahibəsində deyib.

"Birinci, biz Ukraynanı bacardığımız qədər dəstəkləyirik. İkinci, NATO ilə Rusiya arasında birbaşa qarşıdurmanın qarşısını alırıq. Üçüncü, Almaniya tərəfindən heç bir təktərəfli hərəkət olmayacaq. Bu, bizim qətiyyətli, lakin ehtiyatlı olmağımızın meyarıdır. Bu siyasət gələn il də qüvvədə olacaq. Mənim fikrimcə, almanların böyük əksəriyyəti bunu düzgün addım hesab edir" - deyə hökumət başçısı vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.