Siyasət

Ukrayna səhiyyənin bərpası üçün 100 milyon avro alacaq

17 Dekabr 2022 22:19
Baxış: 744

Ukrayna səhiyyə sisteminin bərpası üçün Dünya Bankından 100 milyon avro alacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin saytında bildirilir.

Qeyd olunur ki, Ukrayna ilə Dünya Bankı arasında 100 milyon avro məbləğində kreditin və Qlobal Maliyyələşdirmə Fondundan 10 milyon dollar məbləğində qrantın cəlb edilməsinə dair protokol imzalanıb.

Bu pul psixi sağlamlığın qorunması və reabilitasiya, stasionar müalicənin səmərəliliyinin artırılması və s. istiqamətdə xərclənəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.