Siyasət

Paşinyanın Bakıdan Putinə şikayəti...

10 Dekabr 2022 08:38
Baxış: 1 218

Paşinyan Putinlə görüşdə "Azərbaycanın bu yaxınlarda Laçın dəhlizini bağladığı" iddiasını irəl sürüb və belə demək mümkünsə, Bakıdan şikayət edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Putin qapalı görüşdən öncə Rusiya-Ermənistan ticarət əlaqələrindən bəhs etdi. Məntiqlə erməni baş nazir də buna adekvat sözlər deməli idi, lakin o, qapalı görüşdə müzakirə edə biləcəyinə rəğmən, ictimaiyyətin önündə "Laçın dəhlizi" məsələsini gündəmə gətirir. Və bununla sülh sazişində təşəbbüsü ələ almağa çalışan Rusiyaya "siz əvvəlcə məsuliyyət zonanızda baş verənləri həll edin" deyir.

Erməni baş nazir Bakıya da "məsələni Putinlə müzakirə edirəm" mesajı verir.

Onun "Laçın dəhlizi bağlanıb" iddiası isə Azərbaycanın öz suveren ərazisində ekoloji monitorinq keçirməsidir və istisna deyil ki, Putinin bölgədə baş verənlərdən məlumatı var.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.