Deputatlarımız beynəlxalq tədbirdə iştirak ediblər
Dekabrın 9-da Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyanın (CEDAW) icrası, hesabatlılıq və atılmalı olan addımlarda Parlamentin iştirakına həsr olunmuş 2-ci PAİ vebinarı keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, onlayn tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, komitənin üzvləri Nigar Arpadarai, Könül Nurullayeva və Sevil Mikayılova iştirak ediblər.
Vebinara, habelə cari ilin iyun və oktyabr aylarında hesabatları dinlənilən bir sıra digər ölkələrdən, o cümlədən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Belçika, Finlandiya, Mərakeş, Ukrayna, Portuqaliya, Boliviya, Monqolustan, Namibiya və digər ölkələrdən olan deputatlar qatılıblar.
Tədbirdə keçirilən müzakirələrdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda insan hüquqlarının tərkib hissəsi olan gender bərabərliyinin, eləcə də qadın və uşaq hüquqlarının təmin olunmasının fundamental hüquqi əsasları yaradılıb. O, bu istiqamətdə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" və "Uşaq hüquqları haqqında" BMT konvensiyalarının ratifikasiya olunduğunu deyib. Bununla yanaşı, "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunların qəbul edildiyini söyləyib. O, ölkəmizdə qadın və uşaq hüquqları sahəsində dövlət siyasətinin formalaşdığını qeyd edib və zəruri institusional islahatların həyata keçirildiyini diqqətə çatdırıb. Komitə sədri ölkəmizdə gender bərabərliyinin təmin olunması sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində qəbul edilən qanunvericilik aktlarının əhəmiyyətindən danışıb.
Hicran Hüseynova Azərbaycanda gender ayrı-seçkiliyinin və bərabərsizliyin aradan qaldırılması sahəsində qızlara və qadınlara dəstək tədbirlərinin genişləndirilməsi, bu istiqamətində aparılan təbliğat və maarifləndirmə tədbirləri barədə məlumat verib. Habelə, gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun möhkəmləndirilməsinin təşviqi ilə bağlı görülən işləri qeyd edib. Komitə sədri ölkəmizdə uşaqlar üçün bərabər imkanların yaradıldığını, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarının müdafiə edildiyini, onlara sosial dəstək xidmətlərinin təmin olunduğunu söyləyib.
Komitə sədri ölkəmizdə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin görüldüyünü, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktların qəbul edildiyini diqqətə çatdırıb. O, qadınların hüquqlarının müdafiəsi məqsədilə onların əməyi qadağan olunan 700-ə yaxın peşə və iş yerini müəyyənləşdirən siyahının ləğv edildiyini, hamilə və bir yaşınadək uşağı olan qadınların əməyi qadağan olunan iş yerlərinin, zərərli maddə və amillərin siyahılarının təsdiq edildiyini, bununla bağlı sənədin Milli Məclisdə qəbul olunduğunu bildirib.
Hicran Hüseynova Azərbaycanda qadınların həyatın bütün sahələrində ən yüksək səviyyələrdə təmsil olunduğunu, dövlət tərəfindən bunun üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.
Onlayn tədbirdə iştirak edən Milli Məclisin deputatları Nigar Arpadarai, Könül Nurullayeva, Sevil Mikayılova mövzu ilə bağlı fikirlərini açıqlayıblar. Millət vəkilləri Azərbaycanda həyata keçirilən gender bərabərliyi siyasəti, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, CEDAW Konvensiyasına uyğun olaraq ölkəmizdə qadınlar üçün yaradılan imkanlar, onların bütün sahələrdə fəal iştirakı barədə söhbət açıblar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna niyə başsağlığı vermədi? - Azovda həlak olan azərbaycanlıların ailələri ədalət tələb edir
-
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
-
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Ceyhun Bayramov Ralf Horlemannı qəbul edib
-
Baş nazirdən Neftçala ilə bağlı yeni qərar: GES tikintisi müddəti 1 il uzadıldı
-
Azərbaycan “Metrik Konvensiya”ya qoşulur
XƏBƏR LENTİ
-
“Sabah” Rodriqo Fernandeşi transfer etdi
-
Bakıda gecə klubunda turistə 1270 manat hesab gəldi - (Video)
-
Bazar günü 36 dərəcə isti olacaq - Proqnoz
-
Ukrayna niyə başsağlığı vermədi? - Azovda həlak olan azərbaycanlıların ailələri ədalət tələb edir
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərildi - Yenilənib
-
Kimlər qan üçün donor ola bilməz?
-
DİM: Ötən il 58 saxta diplom aşkarlanıb
-
Külli miqdarda çətənə kolları və silah-sursat aşkarlanıb
-
Talassemiya gen daşıyıcıları hərbi xidmətə yararlıdırmı? - Rəsmi
-
Masazırda motosiklet 4 yaşlı uşağı vurub öldürdü
-
Qaradağda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırıldı
-
Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı açıqlandı
-
Ölkə üzrə 61 cinayətin üstü açıldı, 148 nəfər saxlanıldı
-
Avtovağzal və Xocəsəndən gələnlərin NƏZƏRİNƏ: Metroda yeni keçid stansiyası tikilir
-
"Bəxtimiz gətirmədi" - Montella məğlubiyyətdən danışdı
-
Özünü prokurorluq əməkdaşı kimi təqdim edib dələduzluq edən şəxs həbs edilib
-
Yumurta bu gün də 1 qəpikdir - (Foto)
-
Tohoku zəlzələsi ilə bağlı yeni elmi araşdırma
-
Hidayət Heydərov çəkisini sala bilmədiyinə görə yarışdan kənarlaşdırıldı - Yenilənib
-
Dünya bazarında Azərbaycan nefti bahalaşdı
-
Ən ağıllı bürclər: Siyahıda neçənci yerdəsiniz?
-
Türkiyə üçün DÇ erkən bitdi
-
DİM sabah təkrar imtahan keçirəcək
-
“Ebola” can almağa davam edir: 933 yoluxma qeydə alındı





