Nikoldan Putinə qarşı şok gediş: İndi də ABŞ-ı “gətirir”
Ermənistanın Azərbaycanla sərhədə "mülki müşahidə missiyası" adı ilə avropalı zabitləri gətirməsinə Rusiyanın sərt reaksiyasına baxmayaraq, İrəvan daha bir oyuna başlayıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, Amerika Erməniləri Assableyası ABŞ Prezidenti Co Baydenə çağırış edərək, regiona "amerikalı müşahidəçilərin göndərməsini" xahiş ediblər.
Amerika Erməniləri Assambleyası bunu "Azərbaycan və Türkiyənin aqressiyası və növbəti erməni genosidinin qarşısının alınması üçün" etdiklərini bildiriblər.
Əlbəttə, bu "əsaslandırma" yalan və riyakarlıqdan başqa bir şey deyil. Məsələnin mahiyyətində isə Nikol Paşinyanın siyasəti dayanır.
Təsadüfi deyil ki, Nikol Paşinyan ötən gün də KTMT-nin yardım təklifləri və bunun "qəbuledilməzliyi" haqda danışmışdı. Paşinyanın məntiqinə görə, KTMT-nin yardımını qəbul etmək Azərbaycan Ordusunun hazırda dayandığı mövqeləri qəbul etmək deməkdir. Halbuki Azərbaycan dəfələrlə sərhədlərin delimitasiya və demarkasiyasını təklif edib, iki ölkə arasında dəqiq sərhədin müəyyənləşdirilməsindən sonra mövqelər məsələsinə baxıla biləcəyini qeyd edib. Yəni sərhəd delimitasiya və demarkasiyası olmadan, Ermənistanın hansısa yüksəkliyin "ələ keçirildiyini" iddia etməsi gülüncdür.
N.Paşinyan isə bir tərəfdən delimitasiya və demarkasiyanın aparılmasını ləngidir, digər tərəfdən bütün dünyada yalançı təbliğat aparıb, Qarabağdakı ermənilərin "hüquqlarını" və Azərbaycan Ordusunun guya "130 km.km ərazini zəbt etdiyini" iddia edir, paralel olaraq isə Hindistan və İrandan külli miqdarda silah alaraq, həm separatçı-terrorçuları, həm də ordusunu gücləndirməyə çalışır.
Ermənistan hər zaman regional güc dəyişikliyində torpaq işğal etmə siyasəti aparıb, bir çox hallarda isə Rusiyanı şantaj edərək, işğal siyasətinə dəstək alıb. Hazırda belə bir oyun Qərblə aparılır: Azərbaycanla sülh sazişi və sərhədin delimitasiya və demarkasiyası qəsdən ləngidilir, əvəzində isə Qərbin regiona gəlişi üçün bütün vasitələrdən istifadə edilir. Məqsəd Qərbin Rusiyaya qarşı siyasətinə yardım etmək, Ukraynada zəifləyən Rusiyaya ikinci cəbhə açmaq, növbəti regional toqquşma yaratmaq və öz işğal siyasətinə kollektiv Qərbin dəstəyini almaqdır. Başqa sözlə, Çar Rusiyası dağılanda Azərbaycan ərazilərində özünə dövlət quran, SSRİ dağılanda isə Azərbaycan ərazilərini işğal edən Ermənistan indi də Rusiyanın dağılmasına hazırlaşır.
Sabah Nikol Paşinyanla Rusiya lideri Vladimir Putin arasında Bişkekdə, Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində görüş olacağını nəzərə alsaq, bunu Kreml rəhbərinə qarşı şantaj da adlandırmaq olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu şirkətin agentliyin imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov





