Siyasət

Paşinyan bu görüşə bir şərtlə gəlirdi ki, yanında bacısı Makron da olsun - POLİTOLOQ ŞƏRH ETDİ

7 Dekabr 2022 17:35
Baxış: 1 131

"Azərbaycanın dövlət başçısı ilə Ermənistanın baş nazirinin sonuncu görüşü oktyabrın 6-da Praqada baş tutub. Həmin zaman dördtərəfli görüş keçirildi və görüş bitdikdən sonra bəyanat verildi. Bəyanatda tərəflərin biri-birinin ərazi bütövlüyü və suverenliyini tanıması qeyd olunmuşdu. Cənab Prezident sonrakı çıxışlarında da bunun bizim üçün müsbət bir hal olduğunu vurğuladı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, bundan sonra isə Moskvada Putinlə görüş keçirildi: "Burada da görüşlərin keçirilməsini, sülh müqaviləsinin bağlanmasını dəstəklədilər. Lakin orada müəyyən ifadələr işlədildi ki, bu da bizim tərəfimizdən qəbul olunmadı. Bunlara baxmayaraq biz əvvəl də irəli sürdüyümüz beş prinsip əsasında sülh müqaviləsinin bağlanmasını bir daha ortaya qoyduq. Lakin sonradan məlum oldu ki, dekabrın 7-də Brüsseldə görüş keçirilməli imiş və belə məlum oldu ki, bu görüşə Paşinyan bir şərtlə gəlir ki, yanında bacısı Makron da olsun. Təbii ki, buna da Azərbaycan dövlət başçısı razı olmadı. Ermənistanın qeyri-konstruktiv təklifinə görə bu görüş baş tutmadı. Amma son dövrlər Rusiya, ABŞ, Avropa İttifaqı sülh müqaviləsinin bağlanmasını istəyirlər.

Biz dəfələrlə qeyd etmişik ki, BMT-nin beynəlxalq sülh təkliflərindən ibarət olan 5 prinsip ilə sülh müqaviləsini bağlamaq istəyirik. Eyni zamanda, həmin müqavilənin bağlanması qeyd etdiyim kimi, Rusiya, ABŞ, Avropa İttifaqı da istəyir. Lakin bəzi ölkələr, xüsusilə də Fransa buna mane olmağa çalışır. Ümumilikdə bu müstəvidə görüşlərin keçirilməsi olduqca vacibdir. Güman edirəm ki, yaxın müddət ərzində də yenidən üçtərəfli görüş keçiriləcək və sülh müqaviləsinin bağlanmasının detalları müzakirə olunacaq. Düşünmürəm ki, ilin sonunadək sülh müqaviləsi bağlanacaq. Amma bu istiqamətdə addımlar atılacaq.

Onu da qeyd etmək istəyirəm ki, elə Azərbaycanın, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərinin iştirakı ilə yeni bir iclas keçirilib. İclasda tərəflər Rusiyanın pozitiv rol oynadığını qeyd ediblər. Eyni zamanda, burada Azərbaycan, Rusiya, Ermənistan arasında dəmiryol nəqliyyatının çəkilməsi məsələsi müzakirə olunub. Bu bizim Zəngəzur dəhlizinin açılması ilə bağlı irəli sürdüyümüz məsələdir. Onlar artıq düşünürəm ki, bu dəhlizin açılmasının Ermənistan üçün də nə qədər əhəmiyyətli olduğunu başa düşürlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.