Siyasət

Gürcüstan Ukraynaya hərbi yardım etməyəcək

6 Dekabr 2022 21:24
Baxış: 571

Gürcüstan hakimiyyəti Ukraynaya hərbi yardım edə bilmir və etməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının rəhbəri Mamuka Mdinaradze deyib.

"Gürcüstan Ukraynaya tam və mütləq siyasi dəstək verir. O, həmçinin öz imkanlarından kənar humanitar yardım göstərir və biz hərbi yardım göstərə bilmərik və etməyəcəyik", - deyə o bildirib.

Deputat ölkəsinin hərbi dəstəkdən imtina etməsinə səbəb kimi Abxaziya və Cənubi Osetiya kimi problemlərinin olması ilə izah edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.