"Azərbaycan Aİ-nin vacib enerji tərəfdaşlarındandır"
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov bu ölkə Seyminin yeni seçilmiş sədri Edvards Smiltens ilə görüşüb.
Səfirlikdən Milli.Az-a bildirilib ki, görüşdə Elnur Sultanov Edvards Smiltensi Latviyanın 14-cü Seyminin sədri seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. O, 2017-ci ildə Prezident İlham Əliyevin Latviyaya səfəri zamanı Azərbaycanla bu ölkə arasında strateji tərəfdaşlığın yaradılması barədə Birgə Bəyannamənin imzalandığını qeyd edərək parlamentlərarası əlaqələrin tərəfdaşlığımızın dərinləşməsində əhəmiyyətli rolunu qeyd edib.
E.Sultanov iki ölkə arasında cari ildə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verdiyini və gələcək əməkdaşlıq üçün geniş perspektivlər açdığını vurğulayıb. O, Milli Məclisin sədri Sahibə Qafarovanın latviyalı həmkarı Edvards Smiltensə ünvanladığı təbrik məktubunu qarşı tərəfə təqdim edib.
Edvards Smiltens, öz növbəsində, təbrikə görə təşəkkürünü bildirərək, ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və Azərbaycanla əməkdaşlığın Latviya üçün əhəmiyyət daşıdığını bildirib. O, iki ölkə parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin və dostluq qruplarının fəaliyyətinin vacibliyini bildirib. Parlament sədri ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edərək, Azərbaycanla iqtisadi-ticari və digər sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını dilə gətirib. Azərbaycanın Avropa İttifaqının vacib enerji tərəfdaşlarından olduğunu vurğulayan Edvards Smiltens ölkəmizin Avropanın enerji təhlükəsizliyin təmin olunmasında artan rolunu təqdir edib.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb





