Ceyhun Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü - FOTO
2 dekabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində ATƏT Parlament Assambleyasının (PA) prezidenti Marqarita Sederfelt ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT PA gündəliyində duran məsələlər, habelə regionda baş verən ən son proseslər, ATƏT PA-nın Azərbaycan-Ermənistan normallaşma prosesinə mümkün töhfələri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ATƏT PA prezidentinə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidləri, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.
O, Ermənistanın təxribatlarına və prosesləri ləngitmək siyasətinə baxmayaraq, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib istiqamətlər üzrə, o cümlədən gələcək sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycanın səylərini davam etdirəcəyini bildirib.
Marqareta Sederfelt ATƏT PA-nın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb və bu xüsusda ATƏT PA-nın sülh prosesini dəstəkləmək üçün parlamentlərarası dialoqu təşviq etməyə hazır olduğunu ifadə edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)





