30 NATO ölkəsindən Ukraynaya DƏSTƏK
NATO-ya üzv olan 30 ölkənin hamısı Ukraynanın hərbi-siyasi bloka qoşulmasının zəruriliyində həmfikirdir.
Bu barədə dekabrın 1-i Kiyev Təhlükəsizlik Forumunda çıxışı zamanı Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina bildirib.
Stefanişinanın sözlərinə görə, NATO-ya üzv olan bütün ölkələr Ukraynaya qapıların açıq olduğunu təsdiqləyib.
"Alyansa üzv olan ölkələrin heç biri Ukraynaya "yox" cavabını verməyib. Əslində, bu gün bütün 30 NATO ölkəsi Ukraynanın müraciətinə rəsmi baxılacağını təsdiqləyib. Buxarest görüşündən sonra artıq bu artıq NATO-nun rəsmi mövqeyidir. (NATO üzv ölkələrin xarici işlər nazirlərinin 30 noyabr Rumıniyanın paytaxtında görüşü)"-deyə Olqa Stefanişina bildirib.
"İndi Kiyev üçün əsas prioritet Alyansın 2023-cü ilin iyulunda keçiriləcək sammiti çərçivəsində bu qərarı reallaşdırmaqdır"-deyə xanım Stefanişina vurğulayıb.
Olqa Stefanişina onu da əlavə edib ki, hazırda dünyada təhlükəsizlik məsələləri kontekstində Şimali Atlantika Alyansına alternativ yoxdur.
Onun sözlərinə görə, Ukraynanın üzvlüyə qəbul edilməsi xahişi ilə NATO-ya müraciət etmək qərarı Rusiya ilə müharibədə qalib gəlmək üçün deyil, bu qərar ümumilikdə ölkənin təhlükəsiz gələcəyi naminə verilib.
"Bu, müharibədən sonrakı dövr üçün strateji qərardır" -deyə Olqa Stefanişina bildirib.
Stefanişina eyni zamanda müttəfiqlərin bu gün Ukraynaya verilə biləcək hərbi sursatları olmadığını bildirib.
"Bununla belə, NATO Rusiya üçün böyük bir tətik olaraq qalır"- deyə xanım Stefanişina sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, Macarıstan 2017-ci ildən Ukraynanın NATO iclaslarında iştirakını əngəlləyir. Bu səbəbdən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Alyansın Buxarestdə keçirilən toplantısında rəsmi sessiyada iştirak edə bilməyib.
Macarıstanın xarici işlər naziri Peter Szijarto, öz növbəsində, Budapeştin Transkarpatiyadakı diasporla problemi həll olunmadığına görə, Ukraynanı NATO-da bloklamaqda davam edəcəyini vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
XƏBƏR LENTİ
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb
-
Bakıda oğlunu öldürən qadın özünü binadan atdı
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
-
Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi
-
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
-
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN
-
Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət
-
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik
-
Piter Magyarın toxunulmazlığı ləğv edildi
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək





