"ATƏT mandatının kobud şəkildə pozulub" - Ceyhun Bayramov
Konsensus olmadan Ermənistana "ehtiyacların qiymətləndirilməsi missiyası"nın göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatların açıq şəkildə pozulmasıdır.
Bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Azərbaycan təşkilatı mandatlarını kobud şəkildə pozduqlarını düzəltməyə çağırır.
"Ermənistanla 30 ilə yaxındır davam edən silahlı münaqişənin başa çatması ilə Azərbaycan indi onun mənfi nəticələrini aradan qaldırmağa başlayıb. Yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına şərait yaratmaq, münaqişədən sonrakı ərazilərdə dinc həyatın təmin edilməsi Azərbaycan hökuməti üçün mütləq prioritetdir. Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulan Ağalı kəndinə bu günlərdə ailələrin birinci qrupu qayıdıb", - C.Bayramov qeyd edib.
XİN rəhbəri vurğulayıb ki, Azərbaycan, həmçinin münaqişədən sonrakı ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qətiyyətlidir, bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin edir:
"Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı möhkəm hüquqi bazanı təmin edir. Azərbaycan hakimiyyəti ilə yerli etnik erməni sakinlər arasında son aylar ərzində artan dialoq və təmaslar təşviq edilməli və davam etdirilməlidir".
Nazir əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə yerləşdirdiyi minalarla çirklənməsi yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına əsas maneədir:
"Təəssüf ki, 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra 267 nəfər mina qurbanı olub. 35-i mülki şəxs olmaqla 45 nəfər həlak olub. Ermənistanın Azərbaycana işğaldan azad edilmiş bütün ərazilərin tam və dəqiq mina xəritələrini təqdim etməməsi yeni ölüm və xəsarətlər gətirir. Bütün mina hadisələrinin təxminən 55 faizi Ermənistanın heç bir mina sahəsi rekordu olmayan ərazilərdə baş verib. Ermənistan Azərbaycan ərazilərində heç bir fərq qoymadan minaları yerləşdirməyə davam edir. Son zamanlar Azərbaycan ərazisində 350 mina aşkar edilib. Rusiya sülhməramlı qüvvələrinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər bu əraziyə gələrək, sözügedən mina sahəsinə baxış keçiriblər. Ümumilikdə Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistan istehsalı olan 2 728 mina aşkar edilib. Bu minalar Laçın yolu ilə köçürülüb. Bu, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş yoldan açıq-aşkar sui-istifadədir".
C.Bayramovun sözlərinə görə, Azərbaycan münaqişədən sonrakı genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işləri ilə yanaşı, Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə də təşəbbüs göstərib:
"Müharibə və işğalın dağıdıcı nəticələrinə baxmayaraq, Azərbaycan Ermənistana dövlət sərhədləri daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı tanınma və hörmət əsasında sülh təklif etdi. Son iki il ərzində Azərbaycan sülh gündəmini təşviq etmək üçün güclü siyasi iradə nümayiş etdirir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var





