Yaxın qonşunun uzaq dost siyasəti
Vətən müharibəsinin başa çatmasından iki il keçib. Silahlı münaqişələr başa çatıb, lakin regionda gərginliklər davam edir. Çünki Azərbaycan müharibə yolu ilə torpaqlarını işğaldan azad etməklə yanaşı, Cənubi Qafqazda yeni reallıq yaratdı. Regiondakı yeni geosiyasi vəziyyətdən ən çox narahat olan dövlətlərdən biri də İrandır.
Azərbaycan mövzusunda ilk düyməni səhv bağlayan İran, cənub sərhədlərimiz yaxınlığında iki hərbi təlim keçirdi, həmçinin "Regionda sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir" kimi fikirlər səsləndirdi. Azərbaycanın ərazi bütövlüyünü təhdid etməklə, İran əsl simasını və nifrətini gizlədə bilmədi.
Aylardır davam edən etiraz aksiyalarını yatırtmağa çalışan İran digər tərəfdən də sərhədlərdən kənarda güc nümayiş etdirərək "yaxın qonşu, uzaq dost" siyasətini göstərdi.
Ermənistana tez-tez edilən səfərlər, Qafan şəhərində Baş konsulluq açılması, Azərbaycana qarşı qıcıqlandırıcı bəyanatlar səsləndirilməsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirdi.
İkili münasibətləri korlamaqla nə isə əldə edə bilməyəciyini anlayan Tehran hakimiyyəti çox keçmədi ki, geri addım atdı və İran ali dini rəhbərinin xarici siyasət üzrə müşaviri, sabiq xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəsilə Azərbaycana mehriban qonşuluq, dostluq və səmimi münasibətlərin bərpasına dair çağırış siqnalları göndərdi.
Azərbaycanın torpaqlarını 30 il işğal altında saxlayan Ermənistanla yanaşı duran İranın bu cür xoşməramlı cümlələrlə bəzədilmiş açıqlamalarına inanmaq açığı desək sadəlövlük olar.
Çünki iki ölkə arasında münasibətlərin ifrat gərginlik həddinə çatdırılmasının səbəbkarı məhz İran oldu.
Yeri gəlmişkən digər maraqlı bir məqam isə bundan ibarətdir ki, İran daxilində bu qədər böyük nüfuza sahib şəxs- Əli Əkbər Vilayəti nə üçün bu vaxta qədər susub?
Azərbaycana qarşı səmimi ifadələr işlədən Vilayəti "gözünün işığı" adlandırdığı Azərbaycana qarşı hədələr səsləndiriləndə, eyni dildən, dindən, irqdən, tarixdən olmadığı Ermənistana tərəfkeşlik ediləndə niyə susurdu?
Bu sualın cavabını ötən günlərdə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın söylədiyi fikirlərdə tapmaq mümkündür.
"Biz Azərbaycan və Ermənistanı İran İslam Respublikasının iki qonşusu hesab edirik. Biz heç vaxt bir tərəflə münasibətlərimizi digər tərəfin hesabına tənzimləmirik. Biz Qafqaz regionunun bütün aktorlarına açıq şəkildə bəyan etmişik ki, regionda baş verəcək hər hansı geosiyasi dəyişiklik dövlət tərəfindən ciddi reaksiya ilə qarşılanacaq"
Hüseyn Əmir-Abdullahianın söylədiyi bu cümlələr İranın əsl niyyətini, simasını və Vilayətinin dostluq, qardaşlıq eyhamları ilə bəzədilmiş fikirlərinin nə qədər saxta olduğunu bir daha ortaya qoydu.
Hətta artıq bir qədər də irəliyə gedərək Tehranda "Qüdsə gedən yol, Bakıdan keçir" şüarları səsləndirilir.
Bu şüarın sətiraltı mənası nədir? Yol nə üçün Bakıdan keçir? Niyə bu yol məhz İrana məxsus olur?
İran Cənubi Qafqazı müharibə meydanına çevirməyə cəhd etməsilə, Azərbaycanla münasibətləri korlamaqla ən çox zərər çəkəcək olanın özü olacağını həqiqətən anlamır?
Cavablaması hələ ki, çətin suallardır.
Hər nə qədər əsl niyyətini arabir gizlətməyə çalışsa da, sözlərində mehriban dostluq sərgiləsə də, anlamaq lazımdır ki, İranın əsl mövqeyi məhz Abdullahianın söylədiyi fikirlərdən, səsləndirilən bu şüarlardan ibarətdir.
Nə daha artığı, nə də daha əksiyi.
Baş verən son hadisələrdən sonra İrana qarşı dostluq münasibəti sərgiləmək bir qədər çətin məsələdir.
Bakı ilə mövcud gərginliyə son qoymaq və Azərbaycanla sağlam uzunmüddətli münasibətlər qurmaq üçün Tehran geriyə qayıdıb yanlış bağladığı ilk düyməni düzəltməlidir.
O, regional güc mübarizəsində Ermənistan əvəzinə, Azərbaycanla yanaşı mövqe tutmalıdır.
Yaxşı olar ki, İran süni səbəblərlə yaratdığı böhranlı vəziyyətə tamamilə son qoyaraq Azərbaycanla olan normal münasibətlərə geri dönsün.
Humay Ağacanova
Trend
DİGƏR XƏBƏRLƏR
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
XƏBƏR LENTİ
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?





