Siyasət

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıb

28 Noyabr 2022 22:28
Baxış: 607

28 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən Milli.Az-a bildirilib ki, nazirlər Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, çoxtərəfli platformalar çərçivəsində tədbirlər üzrə ölkələrimiz arasında əlaqələndirmə məsələləri müzakirə olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.