Qərbi Azərbaycan ərazisində iki mindən çox toponim dəyişdirilib - Əziz Ələkbərli - FOTO
Qərbi Azərbaycanlıların öz doğma torpaqlarından deportasiya edilməsi ilə bağlı anım günü kimi qeyd edilən 5 dekabr tarixi ərəfəsində Qərbi Azərbaycan icmasının sədri Əziz Ələkbərli Trend İnformasiya agentliyinə müsahibə verib.
- Əziz müəllim, Qərbi Azərbaycandan olan soydaşlarımızın siyahıya alınması ilə bağlı prosessin getməsi barədə tez- tez xəbər verilir. Bu proses hazırda hansı mərhələdədir?
- Burada söhbət Qərbi Azərbaycandan olan bütün soydaşlarımızın yox, sonuncu deportasiya zamanı - 1988-1991-ci illərdə Qərbi Azərbaycandakı doğma yurdlarından qovulmuş qaçqın soydaşlarımızın siyahıya alınmasından gedir. Bu, bizim yaxın, həm də XX əsrdə xalqımızın məruz qaldığı faciələrlə dolu bir tarixdir. Bu tarix hər detalına qədər araşdırılmalı, öyrənilməli və gələcək üçün ondan nəticə çıxarılmalıdır. Qərbi Azərbaycan İcmasının qarşısında duran vəzifələrdən biri də elə budur. Təəssüf ki, həmin təlatümlü günlərdə bu iş tam şəkildə görülməyib, O vaxt o insanlara Azərbaycanın həmin dövrdəki hakimiyyəti dövlət səviyyəsində sahib çıxmadığı üçün kim harada bacarıbsa, orada məskunlaşıb, əksəriyyət Azərbaycana gəlsə də, Gürcüstana, Rusiyaya, Orta Asiyaya üz tutanlarımız da az olmayıb. Bu gün Qərbi Azərbaycan İcmasında biz 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş qaçqınlarımızın kəndlər və rayonlar üzrə ailə-ailə adlı siyahısını tuturuq. Bu, millətimiz, dövlətimiz və tariximiz üçün əvəzi olmayan bir tarixi xidmətdir. Artıq 150 kəndin siyahısını tamamlamışıq və bütün digər kəndlərin siyahıları üzərində iş gedir.
- Qərbi Azərbaycan ərazisində dağılan tarixi, mədəni abidələrimiz, məzarlıqlarımız barədə, təəssüf ki, tez-tez ürəkağrıdıcı məlumatlar alırıq. Konkret rəqəmlər varmı, neçə abidəmiz vandallıq aktına məruz qalıb?
- Qərbi Azərbaycan ərazisi tarixi Azərbaycan torpaqları olduğu və azərbaycanlılar bu ərazidə ən qədim zamanlardan yaşadıqları üçün orada bizim çox zəngin mədəni, tarixi irsimiz var. Təkcə sonuncu deportasiya zamanı 300-ə yaxın kənddə 500-dən artıq qəbiristanlığımız erməni əsarəti altında qaldı. Elə qədim kəndlər vardı ki, onların iki, üç, hətta dörd qəbiristanlığı vardı. Bundan başqa, kəndlərimizin əksəriyyətində məscidlərimiz vardı və onlar 1988-ci ilə qədər fəaliyyət göstərirdi. Bunlarla yanaşı, o kəndlərin ərazisində, ətrafında, dağlarında və yaylaqlarında çoxlu pirlər, ocaqlar vardı. Bura qədim qalaları, məbədləri, körpü və karvansaraları da əlavə edəndə mənzərə bir qədər aydınlaşır. Doğrudur, onların bir hissəsi erməniləşdirilib, bir hissəsi yer üzündən tamam silinib, amma Qərbi Azərbaycan İcması olaraq, biz bunların da dəqiq qeydiyyatını aparırıq və gələcəkdə yekun mənzərəni ictimaiyyətə təqdim edəcəyik.
- Əziz müəllim, həmin ərazidə toponimlərimiz də köklü şəkildə dəyişdirilib. Hansı toponimləri sadalaya bilərsiniz?
- 1828-ci il Türkmənçay müqaviləsindən sonra çar Rusiyası tərəfindən Cənubi Qafqaza, o cümlədən İrəvan xanlığı ərazisinə kütləvi şəkildə köçürülən ermənilərin həmin ərazilərdən azərbaycanlıların bütün izlərini silmək, özlərinin bu coğrafiyanın qədim sakinləri olması fikrini yaratmaq məqsədilə atdıqları addımlardan biri də bölgənin Azərbaycan-türk toponimlərini dəyişdirmək olub. Bu proses sovet hakimiyyəti illərində xüsusilə kütləvi şəkil alıb və dövlət səviyyəsində həyata keçirilib. Hətta bəzi toponimlərimizin adlarını üç-dörd dəfə dəyişdirməklə onlarin əsl, tarixi adlarını itirməyə çalışıblar. Təxmini hesablamalarımıza görə Qərbi Azərbaycan ərazisində adları dəyişdirilən belə toponimlərimizin sayı 2 minə yaxındır. Lakin bəzi yaşayış məntəqələrimiz isə ümumiyyətlə yer üzündən silinib ki, bununla onların daşıdığı adlar da tarixə qovuşub. Başqa sahələrdən fərqli olaraq, Qərbi Azərbaycandakı toponimlərimizin öyrənilməsi istiqamətində xeyli iş görülüb və bu iş bu gün də davam etdirilir.
- Qərbi Azərbaycanlıların ən böyük istəyi, təbii ki, ata-baba torpaqlarına qayıtmaqdır. Ümumiyyətlə onlar bu gün nə hiss edirlər, öz torpaqlarına şəkillərdən, videolardan baxanda, dağıdılan məzar daşlarını görəndə keçirdiklər duyğular çox ürəkağrıdıcıdır.
- Sonuncu deportasiyadan 34 il keçir. Bu elə də böyük tarix deyil, biz 30 il işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur torpaqlarımıza 44 gündə qayıtdıq. İnanırıq ki, Qərbi Azərbaycandakı dədə-baba yurdlarımıza da mütləq qayıdacağıq. İnsanlarımız yurdlarını bir an belə unutmayıblar, müxtəlif vasitələrlə kəndlərinin, evlərinin videogörüntülərini əldə edirlər. Bu, bir daha sübut edir ki, həmin insanlar onlara qarşı törədilmiş haqsızlığı qətiyyən qəbul etmirlər, etməyəcəklər də. Biz o torpaqlara mütləq qayıdacağıq və dədə-babalarımızın mirası olan o yurd yerlərimizə yenidən sahib çıxacağıq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)





