Siyasət

2023-cü ilin sonunadək “Bayraktar Kızılelma"nın istehsalına başlanılacaq

26 Noyabr 2022 21:47
Baxış: 771

2023-cü ilin sonuna kimi Türkiyənin ilk pilotsuz qırıcısı "Bayraktar Kızılelma"nın istehsalına başlanılacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada AKP-nin toplantısında deyib.

Qeyd edək ki, milli və orijinal olaraq "Baykar" tərəfindən hazırlanan Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma"nın ilk mühərrik inteqrasiya sınağı bu ilin sentyabrda tamamlanıb.

"Bayraktar Kızılelma"nın ilk uçuşunun gələn həyata keçirilməsi planlaşdırılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.