Niderlandın Azərbaycandakı səfiri XİN-ə çağırılıb
25 noyabr tarixində Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paulin Eizema Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə dəvət edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə Niderland Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstranın 23 noyabr tarixində Niderland Parlamentinə ünvanladığı və guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədilməsi barədə bəzi iddiaların əks olunduğu məktubla bağlı narazılıq diqqətə çatdırılıb.
Görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən hələ birinci Qarabağ müharibəsindən etibarən nəinki azərbaycanlı hərbçilərə, mülki şəxslərə qarşı misli görünməmiş qırğınlar törədildiyi, yalnız bir gecədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirildiyi, bu günədək 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verilmədiyi diqqətə çatdırılıb. Ermənistan tərəfindən 2020-ci ilin oktyabrında Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutularaq insanlıq əleyhinə cinayətlər törədildiyi bildirilib.
Ermənistanın səbəbkarı olduğu mina təhlükəsinin keçmişdə olduğu kimi bu gün də bölgədə insanların həyatına ciddi hədə olmaqda davam etdiyi, 2020-ci il Vətən müharibəsinin başa çatmasından bu günədək əksəriyyəti mülki şəxs olmaqla 268-dək vətəndaşımızın mina qurbanı olduğu qeyd olunub. Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması faktının isə Ermənistanın yeni minalar basdırmaqla azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirdiyinin bariz nümunəsi olduğu diqqətə çatdırılıb.
Ermənistan hökumətinin törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bugünədək heç bir əməli tədbirlər görmədiyi vurğulanıb. Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlərə ədalətli beynəlxalq qiymətin verilməsinin və bu istiqamətdə Ermənistana təzyiq göstərilməsinin zəruriliyi qeyd olunub.
Ermənistandan fərqli olaraq Azərbaycanın öz beynəlxalq öhdəliklərinə ciddi yanaşdığı və hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddiaların müvafiq dövlət qurumları tərəfindən araşdırıldığı qeyd olunub. 17 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün hərtərəfli araşdırmalara başlanıldığını bəyan etdiyi diqqətə çatdırılıb.
Niderland səfiri Azərbaycan tərəfinin müraciətini aidiyyəti üzrə çatdıracağını bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub - (Foto)
XƏBƏR LENTİ
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)





