İrəvandan şok: KTMT Cənubi Qafqazdan gedir
Biz heç vaxt deməmişik ki, KTMT-dən çıxmağa hazırlaşırıq, KTMT özü regionu tərk edir və biz bundan narahatıq.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan mediaya açıqlamasında deyib.
"Bizim partnyorlardan soruşmaq lazımdır ki, KTMT-nin Cənubi Qafqazı tərk etməsi qərarını veriblərmi? Əgər cavab "hə"dirsə, onda bunu ucadan deməlidirlər", - o bildirib.
O, növbəti dəfə Azərbaycanın ünvanına böhtan yağdırıb və KTMT üzvü olan Ermənistanın ərazisində Azərbaycan Ordusunun dayandığını bildirib: "KTMT üzvləri bununla necə barışıb?"
Qeyd edək ki, Ermənistana dəfələrlə sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı işlərə başlamaq təklif edilib. Yalnız delimitasiyadan sonra hansı ərazilərin Ermənistana aid olub-olmadığı üzə çıxacaq.
Ermənistan isə delimitasiya və demarkasiya prosesini gecikdirməklə, iddia etdiyi torpaqları öz ərazisi adlandırır. Halbuki Ermənistanın 30 illik işğal zamanı sərhədlərini qabağa çəkərək, Azərbaycan ərazilərində yaşayış evləri tikdiyi, həmçinin Gorus-Qafan nümunəsində olduğu kimi, beynəlxalq əhəmiyyətli yolunu Azərbaycan ərazisindən keçirdiyi məlumdur.
Üstəlik, hazırda Ermənistanda Azərbaycana məxsus ən azı 8 kənd var, həmçinin bu kəndlərə birləşən sahələrin "otlaq sahələri" adı ilə 1986-87-ci illərdə Ermənistana icarəyə verilməsi də məlumdur. Faktiki olaraq Azərbaycan kəndlərini hələ də işğalda saxlayan Ermənistanın guya bir neçə kv.km ərazisində Azərbaycan Ordusunun dayandığını bildirməsi gülüncdür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
XƏBƏR LENTİ
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
"Şəfa" Tiaqo Silvanı transfer etdi
-
Rusiyada parlament seçkiləri başa çatdı: Putinin partiyasından rekord nəticə
-
Bakıda anbarda güclü yanğın başladı
-
Nəcəf hava limanı İran reyslərini dayandırdı
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Fan Forumda Formula 1 coşqusu: Azarkeşlər pilotlarla görüşdü - (Foto)
-
Putin Britaniyadakı səfiri vəzifəsindən azad etdi
-
"Formula-2": Azərbaycan Qran-prisində birinci əsas yarış başladı
-
Azərbaycanda sahibkar işçisinin müalicəsinə görə 100 minlərindən keçdi – Özü danışdı - (Video)
-
Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - (Video)
-
Burak Yılmazın yeni iş yeri bəlli oldu
-
Maks Ferstappen sərbəst yürüşdə ən yaxşı nəticəni göstərdi - Yenilənib
-
Tramp ona qartal heykəli hədiyyə etdi
-
Onların maaşının artırılması üçün 550 milyon ayrılır
-
Formula 1 Azərbaycan Qran-Prisində qəza
-
50 və 64 nömrəli marşrutların hərəkət sxemi dəyişdirildi
-
ABŞ-dən Ukraynaya yeni təklif: Üçtərəfli görüş Əbu-Dabidə keçirilə bilər
-
Litva – Azərbaycan matçının hakimləri açıqlandı
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi
-
Ayın 26-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib





