Siyasi partiyalarla bağlı Milli Məclisdə mətbuat konfransı keçirilib - FOTO
Noyabrın 23-də parlamentin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsindən sonra Milli Məclisdə mətbuat konfransı keçirilib.
Milli Məclisdən Milli.Az-a bildirilib ki, mətbuat konfransından əvvəl Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev tədbirdə iştirak edən jurnalistlərlə görüşərək Milli Məclisin sədri Sahibə Qafarovanın adından media nümayəndələrini salamlayıb və mətbuat konfransının işinə uğurlar arzulayıb.
Tədbiri açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli jurnalistlərin suallarına cavab olaraq bildirib ki, "Siyasi partiyalar haqqında" qanun layihəsinin geniş ictimai müzakirələrindən sonra layihənin yeni variantına ümumilikdə 66 düzəliş edilib. Düzəlişlər həm mahiyyət, həm də texniki xarakterlidir. İctimai müzakirələrdən sonra layihəyə partiyaların təsis edilməsi, ləğv edilməsi, qeydiyyatdan keçməsi və s. məsələlərə dair müddətlərlə bağlı düzəlişlər edilib. Layihə birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.
Sonra jurnalistlərin suallarına cavab verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, bu gün Azərbaycanda dövlət quruculuğu siyasətinin əsas hədəfi ölkədəki siyasi partiyaların hüquqi müstəvidə fəaliyyət aparmalarıdır. Son üç ildə partiyalarla kifayət qədər görüş və dialoqlar keçirilib. Yeni qanun layihəsini tərtib etməkdə ali məqsəd bu sahədə ortaq məxrəcin tapılması və güclü siyasi partiyaların formalaşdırılmasıdır. Dövlət Vətən müharibəsində qazandığı Zəfərdən sonra ölkədə qalib siyasi sistem yaratmaq niyyətindədir.
Mətbuat konfransında jurnalistlərin bütün sualları ətraflı cavablandırıldıqdan sonra tədbirə yekun vurulub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
XƏBƏR LENTİ
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır





