İrəvan Moskvadan xilas olmaq üçün... - Ermənilər Rusiyanı söyməyə davam edir
"Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan öz geosiyasi vektorunu Qərbə doğru çevirmək kursu götürüb".
Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Ermənistan hakimiyyəti ikiüzlü siyasətindən əl çəkmir:
"Paşinyan hakimiyyətə gəldikdən sonra çoxsaylı addımlar atılıb ki, Rusiyanın regionda mövqeyi zəifləsin və soyuqluq yaransın. Digər tərəfdən Ermənistanın əsas niyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) beynəlxalq mövqeyini zəiflətmək, onun resurslarından öz xeyirinə istifadə etmək və bu alınmadıqda KTMT sıralarını tərk etməkdir.
Ermənistan iqtisadi əsaslarla inteqrasiyanı nəzərdən keçirən Avrasiya İqtisadi Birliyinin də üzvüdür. Digər mühüm məqam Avrasiya İqtisadi Birliyindən Ermənistanın çıxması Ermənistana ciddi iqtisadi zərərlər gətirə bilər. Ermənistan bunu da gözə alaraq KTMT və Avrasiya İqtisadi Birliyi sıralarını tərk etmək niyyətini güdür. Xüsusilə Qərb-Ermənistan münasibətlərinin yaxınlaşması, Paris-Brüssel-Vaşinqton arasında dialoqun formalaşması zamanı Ermənistanda həmişə rusafob çıxışları, mitinqləri, nümayişləri, etiraz yürülşərini görürük.
Təbii ki, bu fəaliyyət Paşinyan tərəfindən kurasiya olunur. Rəsmi irəvan bu mitinqləri leqallaşdırır, onlara belə bir imkan yaradır. Nəticədə isə ictimai rəyin dəyişdirilməsi, Rusiyaya qarşı yönəldilməsi baş verir. Çünki hakimiyyətin rusafob şəxslərdən ibarət olması da heç kimə sirr deyil. Təkcə onu demək kifayətdir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dəfələrlə Rusiyaya qarşı mitinqlərdə fəal iştirakçı olub, bu gün isə ikiüzlü sima ilə həmkarı Sergey Lavrovun əlini sıxır, onun üzünə gülür. Bu, erməni hiyləgərliyindən xəbər verir.
Öz məqsədlərinə çatmaq üçün hər bir dona girən erməni rəsmiləri həm Rusiyanın gücündən istifadə edirlər, həm də Rusiyaya qarşı durmağa hər zaman hazırdırlar.
Rusiyaya qarşı etiraz aksiyaları həm də KTMT-nin İrəvanda keçirilən sammiti öncəsi də baş verdi və bu da onu deməyə əsas verir ki, hər zaman Rusiya əleyhinə olan qüvvələr də hakimiyyət tərəfindən idarə olunur. Həmin qüvvələr ABŞ Konqresinin aşağı palatasının sədri Nensi Pelosinin də İrəvana səfəri zamanı İrəvanın əsas küçə və prospektlərini zəbt etmişdi və yürüşlər keçirirdi. Ona görə də bu şəxslər hər zaman manipulyasiya olunur, idarə edilir və erməni maraqlarına xidmət edir.
Bu gün də Moskvaya qarşı demarş göz önündədir. KTMT-ni, Kremli, Rusiyanı açıq şəkildə günahlandırırlar və bu artıq erməni təfəkküründə olan bir düşüncədir, yanaşmadır. Ermənistan hər bir uğursuzluqda Rusiyanı günahlandırır və Rusiyadan da imdad diləyir. Lakin bu da xəyanətin bir göstəricisidir.
Heç kimə sirr deyil ki, İkinci Qarabağ müharibəsində Rusiya Ermənistanı xilas etdi və onu tam iflasdan qurtardı. Kapitulyasiya aktına imza atan da elə Nikol Paşinyan oldu. Bu gün isə həmin xilaskar Rusiyaya qarşı Ermənistanda mitinqlər geniş vüsət alır və Rusiya günahlandırılır, ünvanına müxtəlif təhqiramiz fikirlər səsləndirilir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Köhnə tikililərdə qiymət sirri: 9 mərtəbəli binalar 5 mərtəbəliləri nə ilə üstələyir? - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)





