Siyasət

ABŞ İstanbuldakı teraktı buna görə törətdi - Markovdan şok

15 Noyabr 2022 08:03
Baxış: 1 677

Çox güman ki, İstanbuldakı terror aktının arxasında məhz ABŞ dayanır. Əsas məqsəd isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaqdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu fikirlərlə tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov çıxış edib.

"2023-cı ilin iyun ayında Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Ölkə Ərdoğanın tərəfdaşları ilə qərbyönümlü kürdlər arasında ciddi şəkildə yarıya bölünüb. Kürdlərin səsləri bu seçkilərdə həlledici rol oynaya bilər. ABŞ isə terror aktları ilə Ankaranı kürdlərə qarşı müharibəyə başlamağa təhrik etmək və bununla da bütün kürdləri Ərdoğanın düşməni etmək istəyir. Belə hal baş versə, kürdlər Ərdoğana, sözsüz ki, səs verməyəcək. Həmçinin ABŞ onu göstərmək istəyir ki, guya Ərdoğan ölkədə təhlükəsizliyi təmin edə bilmir", - Markov bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.