Siyasət

“Bu adamı Bayden gizlədir” — Ərdoğandan sərt AÇIQLAMA

12 Noyabr 2022 23:24
Baxış: 1 970

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülən və onun tərəfdarlarının gizləndiyi ölkələrin adlarını açıqlayıb:

"Hazırda onlara kim sahib çıxır? İlk növbədə Yunanıstan. Yunanıstana, Avropaya qaçıb gediblər. Həmişə oralarda qaçıblar: Almaniyada, Fransada, Hollandiyada, Danimarkada, İngiltərədə, Amerikada yaşayırlar. Və Amerika bu adamı (Fətullah Güləni-red.) gizlədir. Bayden gizlədir.Pensilvaniyada onlara nəhəng bir malikanə verdilər, bu adam orada yaşayır. Məndən soruşsanız, terrorun mərkəzi haradadır, bax məni oranı deyə bilərəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.