Siyasət

“Cənubi Qafqazda sülh və rifah üçün..." - Mövlud Çavuşoğlu

8 Noyabr 2022 20:41
Baxış: 485

"Türkiyənin Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanı regionda sülhdə maraqlı olan tərəfə çevirmək cəhdləri davam edəcək".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin komitə iclasında deyib.

"Cənubi Qafqazda sülh və rifah üçün Ermənistanla normallaşma prosesini həyata keçiririk", - nazir bildirib.

Çavuşoğlu Azərbaycanla müdafiə, enerji, logistika, nəqliyyat sahələrində, eləcə də işğaldan azad edilmiş torpaqların bərpasında hərtərəfli əməkdaşlığın davam etdiyini vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.