Bütöv Azərbaycana doğru irəliləyirik - GAMAC
44 günlük savaş müddətində və ondan sonrakı proseslərdə İran fars rejiminin Azərbaycan dövlətinə qarşı ermənipərəst mövqeyinin qarşısında Güney Azərbaycanda yaşayan çoxmilyonlu Azərbaycan türklərinin dirənişi, Azərbaycan dövləti və Ordusuna verdiyi mənəvi dəstək, taleyin hökmü ilə coğrafi anlamda 200 illik parçalanmaya məruz qalmış bir millətin əslində vahid milli birlik ideyası ilə Bütöv Azərbaycana doğru irəlilədiyini göstərdi.
Bu fikirlər Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) 8 Noyabr - Zəfər Günü ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb.
Bildirilib ki, noyabr ayının 8-də 2020-ci il tarixdə 29 il işğaldan sonra qəhrəman Azərbaycan Ordusu Şuşa şəhərini erməni işğalından azad etməklə Azərbaycan tarixinə şərəfli bir gün yazıb:
"Qarabağın döyünən ürəyi, musiqi və incəsənət beşiyi olan Şuşanın azad olunması ilə Azərbaycan öz dövlət sərhədlərinin təmamilə bərpa edilməsi sürəcinə girmiş oldu.
Məhz Şuşa qələbəsindən sonrakı mərhələdə diplomatik danışıqlarla erməni işğalçıları Laçın, Kəlbəcər və Ağdam bölgələrindən qeyd-şərtsiz çıxarıldılar.
44 günlük ikinci Vətən müharibəsində Şuşa ilə bərabər Azərbaycanın digər strateji əhəmiyyətli yaşayış bölgələri də işğaldan azad edildi. Azad olunmuş ərazilərimizdə yenidən dalğalanan Azərbaycanın dövlət bayrağı millətimizə qürur hissi yaşatmaqla yanaşı, Azərbaycanı regional və qlobal proseslərdə söz sahibinə çevirdi".
GAMAC bəyan edib ki, bu müddətdə Türkiyə dövlətinin dəstəyini yanına alan Azərbaycan dövləti həm də bunu sübut edib ki, türk dövlətlərinin birlikdə əməkdaşlıq ideyası gerçək əsaslara dayanır:
"2021-ci il iyunun 15-də Şuşa şəhərində Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətləri haqqında imzalanmış Şüşa Bəyannaməsi bunun sübutudur.
44 günlük savaş sürəcində və ondan sonrakı proseslərdə İran fars rejiminin Azərbaycan dövlətinə qarşı ermənipərəst mövqeyinin qarşısında Güney Azərbaycanda yaşayan çoxmilyonlu Azərbaycan türklərinin dirənişi, Azərbaycan dövləti və ordusuna verdiyi mənəvi dəstək, taleyin hökmü ilə coğrafi anlamda 200 illik parçalanmaya məruz qalmış bir millətin əslində vahid milli birlik ideyası ilə Bütöv Azərbaycana doğru irəlilədiyini göstərdi.
Məhz bu doğrultuda Güney Azərbaycanda yaşayan Azərbaycan türkləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 oktyabr 2022-ci il tarixdə Azərbaycanın dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxmilyonlu azərbaycanlılara verdiyi tarixi mesajı Güney Azərbaycanda daha bir tarixi zəfər gününə çağırış olaraq qəbul edir".
Sənəddə qeyd olunub ki, 8 Noyabr - Zəfər Günü güneyli və quzeyli bütün azərbaycanlılar üçün mədəniyyət beşiyi Şuşanın azad olunduğu gün, bu zəfər tariximizi gerçəkləşdirən şəhidlərimizin ruhu, qazilərimizin və Müzəffər Azərbaycan Ordusu qarşısında sayğı duruşu günüdür:
"Biz GAMAC olaraq, Zəfər Günü münasibətilə ilə həm savaş, həm də siyasət meydanında cəsarət və müdriklik göstərən Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla, bütün dünya azərbaycanlılarını, Azərbaycanın Müzəffər Ordusunu, qəhrəman qazılərimizi təbrik edir, bu tarixi gündə şəhidlərimizi sayğı ilə anır və onların qəhrəmanlığını alqışlayırıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
-
Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
-
Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb - (Yenilənib)
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
443 min nəfərə şad xəbər - Pul veriləcək
-
5 ildən köhnə olmayan maşınlarla bağlı yeni qərar
-
İsmail Kartalın yeni klubu bəlli oldu
-
Ev heyvanı saxlayanlara pis xəbər
-
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
-
26 yaşlı futbolçu qəfil öldü
-
Kuryerlərin vergi öhdəliyi dəyişir - Ayda cəmi 15 manat ödəyəcəklər?
-
Anar Rzayevə ağır itki
-
Ermənistan polis dövlətinə çevrilir
-
Pensiyaçılara gələn il bu qədər əlavə pul veriləcək
-
Valideynlərə 1500 manatlıq müavinət - Bu dəyişiklik gözlənilir
-
“Gecə saat 12-də restoranda niyə "pudra" vurum ki?” – Elgiz əsəbiləşdi - (Video)
-
Çipsi bahalaşa bilər - Hər kiloqrama 1 manat vergi təklifi
-
Ermənistanda milyarderin həbs müddəti uzadıldı
-
Xəzərdə fırtına gözlənilir - Dalğalar 5 metrədək yüksələcək
-
İpoteka ilə kirayə götürülən evlərdə yeni qayda - Kimlərə icazə verilir?
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı - Anası danışdı - (Video)
-
Bakı-Ağstafa qatarına əlavə reyslər açılır - Tarixlər
-
Polad Həşimovun anası ilə bağlı üzücü xəbər - (Yenilənib)
-
İspaniya çempionatında daha bir dəhşətli hadisə - (Video)
-
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
-
Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
-
Qaxda BMW aşdı: Xəsarət alan var
-
Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb - (Yenilənib)





