Siyasət

Bu erməniləri Xankəndiyə kim buraxıb?

31 Oktyabr 2022 13:08
Baxış: 2 090

Xankəndidə baş tutan mitinqə Ermənistandan avtobuslarla adamlar daşıyıblar, burası aydındır, mesaj da aydındır ki, guya demokratikdirlər, onlar vətəndaşların ən təməl hüquqlarından biri olan sərbəst toplaşma hüququnu belə "tanımayan" Azərbaycanla birgə olmaq istəmirlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, bu oyun iki məsələni üzə çıxarır:

"1) Ermənilərin davası demokratiya deyil, ərazi iddiası və terrorizmdir, sadəcə indi bunu demokratiya ilə pərdələmək istəyirlər. Demokratiyanın olmaması hansısa ölkənin ərazisini işğalda saxlamaq və separatizm üçün səbəb deyil, ola da bilməz;

2) O qədər adamı Ermənistandan daşıyan avtobusları "rusməramlılar" niyə ora buraxıblar - deməli, Rusiyanın da marağı elə bir mitinq təşkil etmək idi, orada dalğalanan Rusiya bayraqları da buna sübutdur. Soçi görüşündən öncə belə bir addımla təzyiq yaratmaq istəyirlər...

Soçi görüşündən müsbət qərarlar çıxmasa, əks addım kimi Laçın yolu bağlanmalıdır - Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də yoxdur, vəssalam".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.