Siyasət

Paşinyan: Sülhməramlıların mandatının uzadılması barədə sənədi imzalamağa hazıram

29 Oktyabr 2022 13:23
Baxış: 1 299

Paşinyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin oktybarın 31-də Soçidə keçiriləcək görüşündə Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 20 ilə qədər uzadılması barədə sənədi imzalamağa hazır olduğunu bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, o, bu barədə "Vətəndaş müqaviləsi" partiyasının qurultayında çıxışı zamanı deyib.

"Biz istəyirik ki, rusiyalı sülhməramlılar öz missiyalarını yerinə yetirməyə davam etsinlər. Mən Soçidə sülhməramlıların mandatının 10 il, 15 il və ya 20 il uzadılması barədə sənədi imzalamağa hazıram. Təklif edirəm ki, Rusiya Prezidenti bununla bağlı təşəbbüslə çıxış etsin. Mən özüm də bu təklifi edə bilərəm, amma Rusiya tərəfi bu təklifi dəstəkləməlidir", o deyib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.