Siyasət

“Həyəcan” siqnalı ilə qaldırılan bölmələrimiz atəş mövqelərini tutublar - VİDEO - FOTO

28 Oktyabr 2022 10:57
Baxış: 2 653

2022-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının N hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Plana uyğun olaraq "Həyəcan" siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.

Təlim zamanı bölmələrin cavabdehlik zonasına sızmış şərti düşmən diversiya qrupunun təxribatlarının qarşısının alınması, onların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin planlaşdırılması və idarə olunması tapşırıqları icra olunub.

Bundan başqa, strateji əhəmiyyətə malik mövqelərin ələ keçirilməsində ümumqoşun bölmələrə atəş dəstəyi, eləcə də müxtəlif təlim-döyüş tapşırıqları yerinə yetirilib. 

Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin döyüşə hazırolma vəziyyətinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşdə bölmələri idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır.

Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.