Siyasət

“Nüvə silahı mövcuddursa, istifadə təhlükəsi həmişə var” - Putin

27 Oktyabr 2022 21:52
Baxış: 1 282

"Nə qədər ki, nüvə silahı mövcuddur, onlardan istifadə təhlükəsi həmişə var".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu cümə axşamı Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.

Prezidentin sözlərinə görə, nüvə təhlükələri və nüvə silahının mümkün istifadəsi ilə bağlı bugünkü hay-küyün məqsədi çox primitivdir və Qərb ölkələrinin diktəsi, onların beynəlxalq kommunikasiyanın bütün iştirakçılarına təzyiq göstərmək cəhdi ilə bağlıdır:

"Nüvə silahı ilə təxribatlar, Rusiya tərəfindən nüvə silahının mümkün istifadəsinə dair tezisin özü də məhz bu məqsədə çatmaq üçün istifadə olunur. Dostlarımıza, müttəfiqlərimizə, neytral dövlətlərə təsir etmək üçün".

Vladimir Putin bildirib ki, rəsmi Moskva Rusiya tərəfindən nüvə silahının mümkün istifadəsinə dair heç vaxt heç nə deməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.