Siyasət

“Mən üçüncü dəfə prezident seçkilərində qalib gəlməliyəm” Tramp

23 Oktyabr 2022 20:00
Baxış: 866

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərində qələbəsinin ölkənin əzəmətini bərpa etmək üçün zəruri olduğunu bildirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, o, prezident seçkilərində iki dəfə - 2016 və 2020-ci illərdə namizədliyini irəli sürdüyünü və "hər iki dəfəsində də qalib gəldiyini" deyib.

Eyni zamanda, Tramp rəsmi olaraq uduzduğu ikinci seçkiləri birincidən daha uğurlu hesab etdiyini vurğulayıb.

"İndi ölkəmizin yenidən uğurlu, təhlükəsiz və möhtəşəm olması üçün yəqin ki, mən bunu (seçkidə qalib gəlməyi - red.) yenə etməliyəm", - Tramp tərəfdarları qarşısında keçirilən mitinqdə bəyan edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.