Siyasət

Fransadakı səfirimiz erməni diasporuna “təşəkkür” etdi: "Siz olmasaydınız..." - FOTO

18 Oktyabr 2022 21:47
Baxış: 3 430

Fransada diplomatik fəaliyyətini başa vuran səfir Rəhman Mustafayev erməni diasporuna "təşəkkür" edib.

Bu barədə Rəhman Mustafayev çərşənbə axşamı "Twitter" səhifəsində yazıb.

"Fransadakı missiyamı başa vuraraq, bütün bu 5 il ərzində məni ruhdan salmayan və mənim üçün ilham mənbəyi olan erməni diasporuna "təşəkkür" etmək istəyirəm. Siz olmasaydınız, missiyamı başa vurmazdım. Və buna baxmayaraq, mən Azərbaycan və Ermənistan arasında sülh üçün dua edirəm", - o bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Rəhman Mustafayev Azərbaycanın Niderlanddakı səfiri təyin edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.