Siyasət

Zelenski şahzadədən maliyyə yardımı istədi

15 Oktyabr 2022 08:22
Baxış: 601

Prezident Vladimir Zelenski Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman ilə ukraynalı hərbi əsirlərin azad edilməsi və Ukraynaya maliyyə yardımının göstərilməsi üçün əməkdaşlıq məsələsini müzakirə edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna dövlət başçısı Tvitter səhifəsində məlumat yayıb.

"Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla müzakirə apardıq. Ukraynanın ərazi bütövlüyünü və BMT Baş Assambleyasında qəbul etdiyimiz qətnaməni dəstəklədiyinə görə təşəkkür etdim. Biz ukraynalı hərbi əsirlərin azad edilməsi ilə bağlı əməkdaşlıq etmək barədə razılığa gəldik. Səudiyyə Ərəbistanının Ukraynaya makromaliyyə dəstəyi göstərməsi barədə razılaşdıq", - deyə Zelenski bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.