Siyasət

Sülh müqaviləsi ilə bağlı Ermənistandan açıqlama

12 Oktyabr 2022 23:52
Baxış: 1 400

"Ermənistan və Azərbaycan ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədirlər".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

O həmçinin qeyd edib ki, ilin sonunadək delimitasiya prosesinin aparılması ilə bağlı razılıq var. Sülh müqaviləsi və delimitasiya bir-biri ilə əlaqəlidir.

Qriqoryan qeyd edib ki, bu yanaşma sülh müqaviləsinin Ermənistanla Azərbaycan arasında münasibətləri tənzimləyəcəyini güman edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.