Siyasət

İlham Əliyev Bişkekdəki "Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqramda iştirak edib - VİDEO - FOTO

12 Oktyabr 2022 13:20
Baxış: 1 700

ktyabrın 12-də Bişkekdəki "Ala-Arça" Dövlət Təbiət Parkında mədəni proqram təşkil olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov tədbirdə iştirak ediblər.

Mədəni proqramda qırğız xalqının milli adət və ənənələri geniş nümayiş olundu. Qırğız sənətkarları buradakı xiyabanda Azərbaycanın və Qırğızıstanın dövlət başçılarına əl işlərini, milli xalçalar - "Şırdak"ı təqdim etdilər. Dövlət başçıları milli xalçalar istehsal edilən emalatxanalarla tanış oldular. Burada qırğız xalqının milli mətbəxindən nümunələr də təqdim edildi.

Prezidentlər, həmçinin milli geyim kolleksiyalarından ibarət sərgiyə baxdılar.

Dövlət başçılarına ənənəvi "Salbuurun" ovunun elementləri də nümayiş etdirildi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.