Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün Bakıya gəlmiş yüksək rütbəli hərbi nümayəndə heyətləri oktyabrın 12-də Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. Xəbərə görə, Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələri ehtiramla yad edilib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyulub.
Milli.Az