Siyasət

Makronun nümayəndəsi İrəvana gəldi

10 Oktyabr 2022 23:31
Baxış: 796

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda Fransa Prezident Administrasiyasının müşaviri İzabel Dümonu və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Bris Rokfoyu qəbul edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası məlumat yayıb.

Paşinyan diplomatlarla sentyabrın 26-da Parisdə keçirilən danışıqlarda əldə olunmuş razılaşmaların icrasını müzakirə edib. Tərəflər Praqada Azərbaycan, Fransa, Ermənistan və AB liderlərinin iştirakı ilə keçirilən dördtərəfli görüşün yekunlarına dair fikir mübadiləsi aparıblar.

BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsi əsasında Azərbaycanla sülh müqaviləsi mətninin hazırlanmasının, sərhədlərin delimitasiyası və demarkasiyası və Azərbaycanla sərhəddə mülki missiyanın tətbiqinin vacibliyi vurğulanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.